"Hər şeyim var, paxıl deyiləm" - Xəyyam

"Hər şeyim var, paxıl deyiləm" -  Xəyyam
2890 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xəyyam Nisanov “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi ona paxıl deyənlərə cavab verib:

“Mənə paxıl deyənlər, toyda mənlə bir yerdə olmayanlardır. Mənim hər şeyim var. Heç kimə paxıllıq etmərəm. Haqqımda belə danışanlar isə gülməlidilər. Şou-biznesdə dost dediyim insanlar çoxdur. Murad Ariflə, Faiq Ağayevlə, Röyayla, Natavan Həbibiylə illərdir dostluq edirəm. Röya ilə bir yerdə böyümüşəm. Diplomat insanam, hamıyla münasibətim yaxşıdır. Amma hamısıyla tez-tez görüşmürəm. Sənət aləmində küsülü olduqlarım da var”.