Aygün Kazımovadan "Bakı 2015"in qaliblərinə jest

Aygün Kazımovadan "Bakı 2015"in qaliblərinə jest
3432 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Aygün Kazımovanın solo konsertinə sayılı günlər qalıb.

Axşam.az-ın məlumatına görə, müğənni açıqlamasında tədbiri "Bakı 2015"dəki qalib idmançılara həsr etiyini bildirib:

“Yay konsertimi Avropa Oyunlarının qaliblərinə həsr edirəm. Onlar bizim bayrağımızı ucaldıb, himnimizi səsləndirib. Bütün azərbaycanlılar kimi, mən də çempionlarımızla fəxr edirəm. Onlar ölkəmizdə baş tutan möhtəşəm Avropa Oyunlarında bizim adımızı ucaltdılar. Hər zaman idmançılarımıza var gücümlə dəstək olmuşam. Bundan sonra da belə davam edəcəm”.
 
Qeyd edək ki, Aygün Kazımovanın “Ayrılarmı könül candan” adlı yay konserti "Mambo" əyləncə mərkəzindən, 21 avqust saat 21:00-da başlayacaq. Konsertin təşkilatçısı Nahid Emiloğludur.