"Çox paxıl, pis xanımam" - Könül Nağıyeva

"Çox paxıl, pis xanımam" -  Könül Nağıyeva
2361 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Könül Nağıyeva əməkdar artist İlqar Muradovla eyni filmdə rol alacaq.

Axşam.az-ın məlumatına görə, aktrisa bu hqda “Onlar” verilişində xəbər verib.
 
O, “Bumeranq” adlı ekran işinin çəkilişlərinin yaxın günlərdə başlayacağını bildirib:

“İlqar Muradov filmdə baş roldadır. Mən isə onun köməkçisi obrazındayam. Filmin bir hissəsi çəkilib. Gələn həftədən bizim olduğumuz səhnələrin çəkilişlərinə başlanılacaq. “Zaman adlı qatar” filmində də çəkilmişəm. Burada çox mənfi obrazdayam. Rejissora deyirəm ki, bu filmdən sonra hamı mənə nifrət edəcək. Orada çox paxıl, pis xanımam”.