"Xanımının əlindən tutub, efirə çıxır" - Elvindən həmkarlarına irad

"Xanımının əlindən tutub, efirə çıxır" -  Elvindən həmkarlarına irad
5952 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elvin Abdullayev Batumidə lentə aldırdığı yeni klipi ilə bağlı xəbər verib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişində “Adına şeir yazdım” adlı ekran işinin rejissorunun həyat yoldaşı Afət Abdullayeva olduğunu vurğulayıb:

“Əslində Batumiyə dincəlməyə getmişdik. Qərar verdik ki, klip də çəkdirək. Orada bir studiya ilə danışdıq, uyğun qiymətə çəkiliş qrupu götürdük. Rejissorluğu Afət etdi. Klipdə rol alan cütlük isə həqiqətən də real həyatda evlidir. Oğlan mənim uşaqlıq dostumdur. İstirahətə birlikdə getmişdik”.

E.Abdullayev ailəsi ilə özünü reklam edən tanınmışlara irad tutub:

“Tamaşaçıların dedi-qodusunun qarşısını almaq olmur. Bu da hamını qıcıqlandırır. “Həyat dostum” klipində Xumar adlı xanım çəkilmişdi. Hamı elə bilirdi ki, o, Afətdir. Soruşurdular, nəsə deyirdilər, qıcıqlanırdım. Mənim xasiyyətim başqadır. Bəziləri həyat yoldaşı ilə efirə çıxır, nəticə yaxşı olmur. Dedi-qoduları qaldıra biləcək insan deyiləm. Əgər haradasa dincələrkən, kameralar çəkib efirə verirsə, bu başqadır. Amma xanımımın əlindən tutum, verilişə çıxım bu olmaz. Özünü bilərəkdən reklam edirsən”.