Tükləri azaldan maska

Tükləri azaldan maska
13141 dəfə oxunub
  • A-
  • A
  • A+
Hər kəs bədəninin müxtəlif yerində əmələ gələn tüklərdən azad olmağa çalışır. Kimi buna lazerlə, kimi də başqa üsullarla nail olur.

Axşam.az xarici mətbuata istinadən tükləri azaldacaq maska təqdim edir:

Noxud unu 2 qaşıq

Krem 1 qaşıq

Hardal yağı – 1 qaşıq

Gül suyu – 1 qaşıq

Səndəl-ağacı tozu – 2 qaşıq

Sarıkök tozu – 1 qaşıq

Hazırlanması:
2 qaşıq noxud ununu kasaya töküb, digər vasitələri üzərinə əlavə edin. Qatı hala gələnə qədər qarışdırın. Tüklənməni azaltmaq istədiyiniz yerlərə sürtüb, 20 dəqiqə saxlayın. Soyuq su ilə yuyun. Həftədə bir dəfə bu maskanı edin.

Maskanın digər faydaları:

Bu maskanın təsirini görmək üçün 1 ay səbr edin.

Sizi günəş ləkələrindən xilas edib, dərini ağardar.

Qalın tükləri nazildir.

Noxud unu ən bahalı maskaların tərkibində istifadə olunur. O, tükləri azaltmaqla yanaşı, dərini gözəlləşdirməyə də qadirdir.