"ATV"dən ayrılıb "Lider"ə keçdi

"ATV"dən ayrılıb "Lider"ə keçdi
5966 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət əvvəl “Atv” telekanalından ayrılan “Şarm” verilişinin aparıcısı Samirə Rüstəmova yeni layihə hazırlayır.

Axşam.az saytının məlumatına görə o, fərqli bir verilişlə tamaşaçıların görüşünə gələcək.

Yaxın günlərdə “Lider” telekanalında yayıma başlayacaq “Stil” adlı verilişin həm formatı, həm də süjetləri fərqli olacaq. Proqramın əsas məqsədi dəbin son yeniliklərini fərqli formatda tamaşaçılara çatdırmaqdır. Burada son dəbə uyğun interyerin nümayişindən, düzgün istirahət etməyin yollarından, bahalı restoranların özəl xidmətlərindən, masanı düzgün bəzəməkdən və digər maraqlı mövzulardan söz açılacaq.

Süjetlər fərqli məkanlarda çəkiləcək.