"Bundan əvvəl 5-i ölü doğulub" - 13 uşaqlı azərbaycanlı ailədən reportaj

"Bundan əvvəl 5-i ölü doğulub" - 13 uşaqlı azərbaycanlı ailədən reportaj
4580 dəfə oxunub
  • A-
  • A
  • A+
Bərdədə İsgəndərovlar ailəsinin 13-cü uşağı dünyaya gəlib.

Axşam.az-ın "APA TV"yə istinadən məlumatına görə, hazırda evə buraxılan ana və körpənin vəziyyəti yaxşıdır. İsgəndərovlar Bərdənin Cəyirli kəndində yaşayır. Ev sahibi Tale İsgəndərov Bərdə şəhərində şəhərarası marşrut sürücüsüdür.

“1996-cı ildə ailə qurmuşuq. Bu, bizim 18-ci uşağımızdır. 5 körpəmiz doğulmamışdan əvvəl ölüb. Bundan əvvəl 5 uşaq anadan ölü doğulub, 3-ü isə olandan sonra ölüb”.

Uşaqların 7-si oğlan, 6-sı qızdır. Böyük uşağın 18 yaşı var. Sonuncu körpəyə Mehriban adını veriblər. Çəkisi 3,8 kiloqram, boyu isə 52 santimetrdir.

Uşaqların atası deyir ki, günün çox saatını işdə keçirdiyi üçün uşaqların adını unudur.

“Yanımda olsalar, saya bilərəm. Qoy, cəhd edim. Yunis, Davud, Sara, Yusif, Binnət, Sənubər, Məryəm, Yəhya, Səma, Gülər, Əyyub, Raquf, Mehriban. Bizdə çox vaxt uşağın zərif səsi gəlir, onu eşitmək istəyirik. Evdə lap balaca uşaq olanda xoşlarına gəlir. Onun başqa bir ləzzəti var”.

Uşaqların çox mehriban olduğunu deyən Taleh İsgəndərov çox uşaqlı ailə olduğu üçün özünü xoşbəxt hiss etdiyini və həmişə dua etdiyini deyir.

“Dolanırıq Allahın köməyi ilə. Minnətdaram Allahıma”.