Üzeyir yenidən amerikalıları ayağa qaldırdı - video

Üzeyir yenidən amerikalıları ayağa qaldırdı - video
6300 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-da yayımlanan ən məşhur şoulardan biri olan America s Got Talent-da çıxışını davam etdirən azərbaycanlı Üzeyir Novruzov bu gün növbəti dəfə səhnəyə çıxıb.

Axşam.az amerikaninsesi.org-a istinadən xəbər verir ki, Azərbaycanlı Çarlin Çaplin kimi tanınan Üzeyir bu dəfə də izləyiciləri heyrətləndirərək onların böyük rəğbətini qazana bilib.

Belə ki, o, şouda indiyədək heç zaman səhnədə nümayiş etdirmədiyin nömrə ilə çıxış edib. Heç bir təhlükəsizlik tədbiri görülmədən təhlükəli hündürlükdə olan nərdivanın ən yuxarı pilləsində ayaq üstə dayanaraq izləyicilərə həyacan dolu anlar yaşadıb. Bu nömrəni daha da həyacanlı edən şounun canlı yayımlanması olub.
 
Nyu-York şəhərinə ezam olunan saytın əməkdaşı Emil Quliyev də məşhur Radio City Music Hall-da keçirilən şounu canlı izləyib. Əməkdaşın verdiyi məlumata görə, həm münsiflər heyəti, həm də auditoriya Üzeyir Novruzovu ayaq üstə alqışlayıb.

Çıxışa münasibət bildirən münsiflər heyətindən Hovard Stern Üzeyirin çıxışını izlərkən özünü Olimpiya Oyundan hiss etdiyini bildirib. O daha sonra televiziya tamaşaçılarını Üzeyirə səs verməyə çağırıb. 

Qeyd edək ki, artıq şounun bu mərhələsində növbəti şouya vəsiqə qazanacaq iştirakçıları münsiflər heyəti deyil, amerikalılar verdiyi səslər müəyyən edir.