Danışa bilməyən 5 yaşlı qız Quran surələrini əzbər bilir - video

Danışa bilməyən 5 yaşlı qız Quran surələrini əzbər bilir - video
2542 dəfə oxunub
  • A-
  • A
  • A+
Danışmağı, oxumağı, yazmağı bacarmayan 5 yaşlı Zəhra Qurandan bəzi surələri əzbər bilir.

Axşam.az "anspress"ə istinadən xəbər verir ki, Suriyadakı savaşdan qaçaraq ailəsi ilə Türkiyənin Aydın ərazisinə ailəsi ilə gələn Zəhra oxumağı, yazmağı bilmir, danışmaqda isə çox çətinlik çəkir.

Amma o, Quranın 33-cü ayəsini, eləcə də, digər surələri əzbər deməklə hamını təəccübləndirir. Böyüklərin belə əzbərləməkdə çətinlik çəkdiyi surələri Zəhra çaşmadan, düzgün ifadə edir.

On yaşında olan bacısı Fatimə ilə birlikdə Yavuz Səlim məscidinə gedən Zəhra öz dini bacarığı ilə hamının sevimlisinə çevrilib. Ayətil Kürsi ayəsini, Bəqərə, Mülk və digər surələri əzbər deyən qızın valideynləri də övladlarının bu bacarığının qeyri-adi olduğunu düşünürlər.

Məscidin imamı Bünyamin Aşçı Zəhranın Suriyadakı savaşdan sonra Aydına gələn ən balaca vətəndaş olduğunu deyib. Balaca qız haqqında danışan imam bunları dedi:

"Eşitdim ki, Zəhra çətinliklə öyrənilən ayə və surələri valideynlərinin dilindən eşidərək əzbərləyib. Onu bu mövzuda xususi öyrədən olmayıb. Sadəcə, dildən eşitməklə bu qədər dəqiq Quranı əzbərləmək təəccüblü haldır".

Zəhra özü güclə danışaraq, Türkiyədə yaşamağından xoşu gəldiyini və hətta, Suriyada müharibə bitsə belə, ora getməyəcəyini söyləyir. Qurana gəldikdə isə, o, bu ayələri sevdiyini deyir.