Sevda saçlarını qısa kəsdirdi - fotolar

Sevda saçlarını qısa kəsdirdi -  fotolar
8893 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevda Yahyayeva imicini dəyişib.

Axşam.az-a açıqlama verən sənətçi bir müddət qısa saçla dolaşacağını bildirib:

“Saçımı kəsdirib, Röyanın konsertinə getdim. Öz konsertimdə imicim üzərində Elnur Həsənov çalışmışdı, saçlarımı uzun etmişdi. Dəyişməyi sevirəm. Saç düzümümü, rəngini tez-tez dəyişirəm. Bu görünüş xoşuma gəldi. Bir müddət qısa saçla gəzməyi düşünürəm”.

S.Yahyayeva yaxın günlərdə yeni klip çəkdirəcəyini də bildirib:

“Bu yaxınlarda “Deyirlər ki...” adlı mahnımı ekranlaşdıracam. Orada da fərqli imicdə olacam. Bizdə klip kanalı yoxdur. Hamı bundan şikayətlənir. Kaş bizdə də xaricdəki kimi klip kanalı olardı. Onda müğənnilər ayda bir ekran işi təqdim edərdi”.

Foto: Azad Bağırov