Tarkan səhnəyə liftlə düşdü - fotolar+video

Tarkan səhnəyə liftlə düşdü - fotolar+video
3386 dəfə oxunub
  • A-
  • A
  • A+

Meqastar Tarkan 10 gün davam edəcək Harbiye konsertinə start verib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, səhnəyə liftlə düşən müğənni açılışı "Ölürüm sana" mahnısı ilə edib. "Kuzu Kuzu", "Öp", "Şıkıdım" və "Kış Güneşi" kimi hit mahnılarını 7 min kişi ilə bir yerdə oxuyan Tarkan gecə bpyu izləyicələrə yüksək performans və şou göstərib. O, pop ifalarla yanaşı türkülər də ifa edib.

Səhnədə verdiyi birlik mesajı ilə alqış alan meqastar fikrini belə ifadə edib:

"Ayrı olduğumuzu fikirləşirik, amma əslində hamımız eyniyik. Sevgiylə döyünən ürəyimiz var. Bərabər ağlayıb, bərabər gülürük".

Müğənni konserti bitirdikdən sonra tamaşaçıların istəyi ilə yenidən səhnəyə dönərək "Aşk gitti bizden" mahnısı ilə gecəyə yekun vurub.

Konsertdə bilet tapılmadığı üçün pilləkənlərə də bilet satılıb. Şounu izləyənlər arasında Derin Mermerci, Cem Aydın, Fulya Terim, Buse Terim, Volkan Bahçekapılı, Tuba Ünsal, Arzu Sabancı və Oğulcan Engin kimi tanınmışlar da olub.

Tarkan bundan sonra Harbiyedə hələ 9 gün konsert verəcək.