"Həmin gün özümü asaram" - Nadir

"Həmin gün özümü asaram" -  Nadir
3332 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə özünü şou-biznes nümayəndəsi hesab etmir. 

Bu haqda sənətçi Axşam.az-a açıqlamasında deyib:

“Bizdə şou-biznes yoxdur. Sadəcə adı var, özü inkişaf etmir. Mən bu şou-biznesdə yoxam. O aləmdən çıxmışam. Ailəmlə və işimlə məşğulam”.

N.Qafarzadə müğənni Elvin Abdullayevin “Şou-biznesi qaymaqlar idarə edir” sözlərinə də münasibət bildirib:

“Elvinin o açıqlamasına əsəbiləşdim, sosial şəbəkədə münasibət bildirdim. Sonra mənə zəng etdi ki, bu sözləri deyəndə sizi və ya başqasını nəzərdə tutmurdum. Hamımız bu sənətdəyik. İstəməzdim özümü o cür alçaldılmış hesab edim. O açıqlamaya heç kim münasibət bildirmədi. Məni ağlım idarə edir. 40 yaşımı ötmüşəm, kamilləşmişəm. Mən təyyarə, avtomobil deyiləm idarə olunum. Məni kiminsə idarə edəcəyi gün özümü asaram”.

Foto: Pəri Arifqızı