Aparıcıdan "məzarlıqdakı selfisi" ilə bağlı açıqlama

Aparıcıdan "məzarlıqdakı selfisi" ilə bağlı açıqlama
13776 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı-aktyor Sərxan Kərəmoğlu sosial şəbəkələrdə yayılmış, məzarlıqdakı qalmaqallı selfisi ilə bağlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, aparıcı İnstaqram səhifəsində yazıb:

“Çox dəyərli dostlarım! Hazırda Azərbaycanda olmadığım üçün mənimlə əlaqə saxlaya bilməyən KİV nümayəndələri! Bu şəkil “Gülüm” serialının çəkilişi zamanı lentə alınıb və fonda gördükləriniz aktyorlar, kütləvi səhnə adamlarıdır. Qəbir isə ekran işində səhnələrin birində rəhmətə gedən qəhrəmanın məzarıdır. O da yalançı məzardır: içində nə ölü, nə də diri əzabı var. Barmaqlarına güc verən sosial şəbəkə qəhrəmanlarına isə sözüm odur ki, mən sizin kimi dar düşüncəli deyiləm, qəbiristanlıqda selfi edəm. Bu şəkil filmdə olan çəkiliş zamanı lentə alınıb, birdən narahat olarsınız, olmayın!”.

Qeyd edək ki, Sərxan şəkli uzun müddət əvvəl paylaşsa da, sosial şəbəkələrdə ötən gündən müzakirəyə qoyulub.