"Doktorlar"ın Elasından ərinə romantik ad günü mesajı

"Doktorlar"ın Elasından ərinə romantik ad günü mesajı
6049 dəfə oxunub
  • A-
  • A
  • A+
“Doktorlar” serialından Ela obrazı ilə tanınan aktrisa Yasemin Özilhan 4 illik həyat yoldaşı İzzət Özilhanın ad gününü romantik mesajla təbrik edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ərinin fotosunu İnstaqram səhifəsində paylaşan aktrisa yazıb:

“Evlilik sevgini öldürür” sualına heç vaxt cavab tapa bilmirdim. Sən mənim bu sualımın cavabı oldun. Hər dəfə sənə baxanda bir daha aşiq oluramsa, hər gün səndən ötrü darıxıramsa, deməli, eşq səninlə gözəldir… Şükür olsun ki, həyatımdasan. Ad günün mübarək! Nə yaxşı ki varsan… Səni çox sevirəm”.

Qeyd edək ki, Yaseminlə İzzətin Əminə və Ela adlı iki qızı var.