"ABBA"nın royalı hərraca çıxarılıb

"ABBA"nın royalı hərraca çıxarılıb
1542 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur İsveç qrupu “ABBA”-nın bir çox hitlərinin ifa edildiyi royal sentyabrın 29-u Londonda auksiona çıxarılacaq.

Axşam.az-ın "trend"ə istinadən məlumatına görə, bu royalda qrupun “Waterloo”, “Dancing Queen” və “Money, Money, Money” kimi məşhur mahnıları ifa olunub.

Alətin 928 min – 1,2 milyon dollara satılacağı gözlənilir. “Sotheby” auksion evinin ekspertlərinin qiymətləndirməsinə görə, royala görə daha böyük məbləğ almaq olar.

Çünki “ABBA” ilə əlaqəsi olan əşyalar nadir halda auksiona çıxarılır.