90-cı illərin məşhur modelləri yenidən bir arada - fotolar

90-cı illərin məşhur modelləri yenidən bir arada - fotolar
2910 dəfə oxunub
  • A-
  • A
  • A+
1990-cı illərin super modelləri – Sindi Krouford, Eva Qerçiqova, Karen Aleksandr, Helena Kristensen, Nadya Auerman və Tatyana Patis uzun fasilədən sonra yenidən bir araya gəliblər.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi fotoqraf Piter Linderberq məşhur modelləri yeni layihəsində görüşdürüb. “Birləşmə” adlı yeni fotosessiyanın məqsədi də elə 90-cı illərin super modellərini bir araya gətirmək olub.

Şəkillər nostalji effekti vermək üçün ağ-qara çəkilib. “Piter elə əvvəlki enerji ilə işləyir. O, yetkin qadınlarda da gözəlliyi görməyi bacarır”, - deyə Sindi Krouford İnstaqram səhifəsində yazıb.

Xatırladaq ki, Piter Linderberq 90-cı illərdə də super modellərin “Vogue” jurnalı üçün fotosessiyasını edib.