"Yaxın günlərdə xeyir iş gözlənilir"

"Yaxın günlərdə xeyir iş gözlənilir"
6497 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxanaçı Samirə Yusifqızı həmkarı Oktayla bağlı maraqlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Star life”a bunları deyib:

“Oktay geniş layihə hazırlayır. Ssenarini görsəniz təəccüblənəcəksiniz. Türkiyədən ssenarini oxuyub, bəyəniblər. Ona film çəkəcəklər. Mən də orada olacam. Hər zaman dəyişiklik və yenilik lazımdır".

Şəxsi münasibətlərindən danışan ifaçı sevgi etirafı edib:

"Oktayı sevirəm. O da mənim üçün ölür. Yaxın günlərdə xeyir iş gözlənilir. Bizim toy edən vaxtımız deyil. Balaca yığıncaq edəcəyik. Yaşın nə fərqi var ki”.

Yaradıcılığından bəhs edən Samirə Oktayla birlikdə Türkiyədə konsert verəcəyini bildirib:

“Oktayla mənə Türkiyədən təklif gəlib. Birlikdə oxuyacağımız duet üzərində çalışırıq. Həm türk, həm Azərbaycan dilində olacaq. Konsertdə Fərhad Göçər, Kibariyə və başqaları da çıxış edəcək. Konsertdən sonra Türkiyədə verilişlərə qatılacağıq”.