Keçmiş arvadı xərçəng olan aktyorun yanından ayrılmır - foto

Keçmiş arvadı xərçəng olan aktyorun yanından ayrılmır - foto
5586 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Levent Kırcaya qaraciyər xərçəngi diaqnozu qoyulub.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sənətçi artıq kimyaterapiyaya başlayıb. Bir aydır xəstəxanada yatan Leventin yanına ilk gələnlərdən biri 2005-ci ildə boşandığı Oya Başar olub.

Keçmiş həyat yoldaşına müalicə vaxtı dəstək olan və bir an belə yanından ayrılmayan Başar 15 illik evlilikdən sonra aktyorla 2000-ci ildə boşanmışdı.

Bir il sonra ikinci dəfə ailə quran cütlük 4 illik evlilikdən sonra ikinci dəfə boşanıblar.