"Türkiyə şou-biznesi mənə daha yaxındır" - Nigar Camal

"Türkiyə şou-biznesi mənə daha yaxındır" -  Nigar Camal
3473 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nigar Camal həmkarı Eldar Qasımovun açıq-saçıq klipindən bəhs edib.

Axşam.az-ın məlumatına görə, ifaçı "ATV Mqazin” verilişinə E.Qasımovun “Canım” ekran işinin maraqlı olduğunu deyib:

“Birinci dəfə idi Eldarı belə görürdüm. Onun bu halına baxmaq çox maraqlı idi”.

Yaradıcılıq yeniliklərindən danışan N.Camal Eldarla bir araya gəlməməklərinin səbəbini də açıqlayıb:

“Hazırda mənim işlərim Türkiyədədir. Bütün yeniliklərimi orada görürəm. Türkiyə şou-biznesi mənə daha yaxındır. Maraqlı layihə olsa, Eldarla yenidən bir araya gələrik”.