Yeganədən yeni xəbər var

Yeganədən yeni xəbər var
7403 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Yeganə Mürsəlovadan yeni xəbər var.

Axşam.az-ın məlumatına görə, sənətçi solo konsertə hazırlaşdığını deyib:

“Yeni lirik mahnı oxudum. Musiqisi Tunar Rəhmanoğluna aiddir. “Bilənə sor” adlı mahnıya klip də çəkdirəcəm. Rejissorluğu da Tunar özü edəcək. Həzin mahnıları sevirəm. Yayda konsert verməyi xoşlamıram. Hamı istirahətdə olur. "Yaşıl Teatr”dakı konsertim sentyabrın 3-də olmuşdu. Bütün dostlarım məndən incidi ki, biz Bakıda olmadıq, gələ bilmədik. Ona görə də havaların soyumasın gözləyirəm. Bu ilin sonuna qədər mütləq konsertim olacaq”.