Əməkdar artist gözlərindən əziyyət çəkir

Əməkdar artist gözlərindən əziyyət çəkir
2839 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Kəmalə Rəhimlinin səhhətində problem var.

Axşam.az-ın məlumatına görə, müğənni gözlərindən əziyyət çəkir.

O, bu haqda “ATV Maqazin”də xəbər verib:

“Əməliyyat olunmalıdır. Amma həkimlər çətin olduğunu və məsuliyyəti üzərlərinə götürmədiklərini deyir. 20 ildir şəkər xəstəliyindən əziyyət çəkirəm. Yaşadığım hər saniyəyə şükür edirəm. İstirahətə çox ehtiyacım var. Ona görə də səhnədən uzaqlaşıb, dincəlirəm".

K.Rəhimli oğlu Turalı evləndirdiyini də deyib:

“Qəfildən qərar verdik, toy oldu. Özü seçib-sevdiyi xanımla ailə qurdu. Heç medianı da toya dəvət etmək imkanım olmadı”.