"Ginnesin Rekordlar Kitabı"na düşən pop kralı - videolar+fotolar

"Ginnesin Rekordlar Kitabı"na düşən pop kralı - videolar+fotolar
2821 dəfə oxunub
  • A-
  • A
  • A+

Pop musiqisinin əfsanəvi səsi Maykl Cekson yaşasaydı, bu gün 57-ci ad gününü qeyd edəcəkdi.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hər dövrün ən uğurlu ifaçısı olaraq “Ginnesin rekordlar kitabı”na düşən və albom satışı üzrə dünya birincisi sayılan sənətçi doğum günündə dünyanın hər yerində sevgi ilə yad olunur. 13 Qremmi mükafatının sahibi 13 dəfə Ginnesin rekordlar Kitabına yazdırılıb; dünyada satılıb albomların kopyaların sayı 750 milliondan çoxdur

O, 2009-cu il 25 iyun tarixində 50 yaşında qəfil vəfat edib. İstintaq tibb testlərinin nəticəsinə əsaslanaraq Ceksonun güclü ağrıkəsici sayılan propofolu ölümcül dozada qəbul etməsindən vəfat etdiyini bildirib. Müğənninin ölümündən sonra onun şəxsi həkimi Konrad Murrey pop kralın yaxınları tərəfindən məhkəməyə verilib və müğənninin ölümündə ən böyük günahkar hesab edilib.

Dünya musiqi aləminin kralı olan Michael Jackson Los-Ancelesin "Forest Lawn" xiyabanında dəfn edilib.