Qəbələdə mürəbbə festivalı keçirilib - fotolar

Qəbələdə mürəbbə festivalı keçirilib -  fotolar
3140 dəfə oxunub
  • A-
  • A
  • A+

Qəbələ şəhərində III Beynəlxalq Mürəbbə Festivalı keçirilib.

Axşam.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, parkda keçirilən beynəlxalq festivalda Azərbaycan, Türkiyə, Rusiya, İran, Serbiya, Qırğızıstan şirniyyatçıları, eləcə də ölkəmizin 30 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər.

Festivalda rayon və şəhərlərin hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərdən ibarət komanda, eləcə də bədii kollektivlər, xalq tətbiqi sənəti ustaları iştirak ediblər. Komissiya tərəfindən isə 19 nəfərdən ibarət münsiflər heyəti seçilib. Münsiflər heyətinin tərkibinə müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər ekspertlər daxil edilib.

Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan şəxslər müəyyənləşdirilib. Müsabiqədə üç nominasiya üzrə qaliblər elan edilib. Onlara kubok, medal və qiymətli hədiyyələr təqdim olunub. Festival konsert proqramı ilə davam etdirilib.