Tanınmış balerinanın evini qarət edənlər tutuldu

Tanınmış balerinanın evini qarət edənlər tutuldu
1528 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur Rusiyalı balerina Anastasiya Voloçkovanın evini qarət edən oğrular saxlanılıb. 

Axşam.az "anspress"ə istinadən xəbər verir ki, cinayətkarların həbsini şərh edən Anastasiya Voloçkova bildirib ki, onların belə tez tutulmasını gözləməyib.

Balerina qeyd edib ki, cinayət baş verən vaxtı onun evində insanlar olub və onlar cinayətkarı maskasız görüblər. Həmin insanlar oğrunu şəkil üzrə tanıya bilərdilər.

İstintaq prosesi getdiyi üçün, müstəntiqlər Voloçkovadan xahiş ediblər ki, o heç bir təfərrüatları bölüşməsin.

Voloçkova bildirib ki, onu oğurlanan pullar yox, zinyət əşyaları marağlandırır və həmçinin soyğun sifarişçisinin fikirlərini bilmək istəyir.

Daha əvvəl bildirilirdi ki, polis 2013-cü ildə Anastasiya Voloçkovanın evinə hücum edən silahlı şəxsləri saxlayıb.