Şəkidə keçirilən Moto Festival başa çatdı - fotolar

Şəkidə keçirilən Moto Festival başa çatdı - fotolar
1173 dəfə oxunub
  • A-
  • A
  • A+
Avqustun 28-də Şəkidə start verilən IV Beynəlxalq Qafqaz Moto Festivalının bağlanış mərasimi başa çatıb.

Axşam.az-ın məlumatına görə, festivalın sonuncu günündə səhnəyə "Beatles" qrupu və "Ledi Qaqa"nın tributeları, “Natiq” ritm qrupu və müğənni Mina çıxıb. “Natiq” ritm qrupu nağara sədaları altında Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i səsləndirib.

Qeyd edək ki, “CAUCASUS MOTO FESTi”nin (“Qafqaz Moto Festivalı”) rəsmi açılış mərasimi Şəki Olimpiya Kompleksində baş tutmuşdu. Festivalın ilk günü CMF sərgi və yarmarkasının açılışı olub. Açılış mərasimində "Elvis Presli", "Kiss" qruplarının tributelarının çıxışı olmuşdu. Moto festivalın açılışı Milli qəhrəman Çingiz Mustafayevin doğum gününə təsadüf edib.

Beynəlxalq festival “Harley Davidson”, “Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə baş tutub.