"Üçüncü şəxsi, əsla, qəbul etmərəm" - fotolar

"Üçüncü şəxsi, əsla, qəbul etmərəm" - fotolar
13262 dəfə oxunub
  • A-
  • A
  • A+
“Güneşin kızları” serialında çəkilən, Azərbaycanda təşkil edilən “Miss Civilization of the World” yarışmasında ikinci yerə çıxan gənc aktrisa Hande Erçel “Hürriyet”ə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, uşaqlığından və karyerasına necə başlamasından danışan aktrisa qazandığı şöhrəti çox sevdiyini deyib:

“Həyatımda çox şey dəyişmədi. Ancaq küçəyə çıxanda insanların mənə baxdığını görmək xoşuma gəlir. Mən kamera qarşısında çox səmimiyəm. Düşünürəm ki, insanlar elə bu səbəbdən məni çox sevirlər. Gələcəkdə şöhrətimin itməyindən qorxmuram. Çünki arxamda ailəm və təhsilim var”.

“20 yaşında Azərbaycanda məşhur yarışmaya qatıldınız. Bunun səbəbi gözəlliyinizi nümayiş etdirmək, yoxsa aktrisalığa başlamaq idi” sualına Hande belə cavab verib:

“Bunun aktrisalığa bir addım olduğunu başa düşürdüm. O yarışma mənim üçün həvəs idi. Balaca idim, müsabiqəyə qatılmağı çox istəyirdim”.

Gənc aktrisa “Serialdakı Selin rolunu real həyatda da yaşamaq istəyərsənmi” sualına belə münasibət bildirib:

“Selin Əlinin daxilini bilir. Ona görə də, onun dəfələrlə “rədd ol” deməsinə baxmayaraq, getmir. Mən də sevəcəyim adamın daxili aləmini yaxşı bilsəm, ondan ayrılmaram. Münasibətdə isə üçüncü şəxsi, əsla, qəbul etmərəm. Sevgi iki nəfər arasında olmalıdır. İlk dəfə 19, daha sonra 22 yaşımda aşiq olmuşam. Amma alınmadı. Hər iki sevgilimdən hörmətlə ayrıldım. Həyatımdakı kişi mənə sadiq olmalıdır. Sədaqət mənim üçün çox vacibdir”.