Bu qız "Kainat gözəli" seçildi - fotolar

Bu qız "Kainat gözəli" seçildi - fotolar
6413 dəfə oxunub
  • A-
  • A
  • A+
Minskdə təşkil edilən beynəlxalq “Kainat gözəli - 2015” müsabiqəsinin qalibi bəlli olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu ilin kainat gözəli kanadalı iştirakçı Eşli Burnhem seçilib. “Yeni “Kainat gözəli” olduğum üçün qürur duyuram. Bu, Kanadanın müsabiqədə ilk qələbəsidir. Çox xoşbəxtəm”, - deyə Eşli İnstaqram səhifəsində yazıb.

Qeyd edək ki, E.Burnhem milli kostyumlar geyinib rəqs edərək ölkəsinin mədəniyyətini bütün dünyaya yaymağı qarşısına məqsəd qoyub.

Xatırladaq ki, “Kainat gözəli” müsabiqəsi 24-30 avqust tarixlərində Minskdə baş tutub. Yarışmada 60-dan çox ölkənin iştirakçısı mübarizə aparıb. İkinci yerə Cənubi Afrikadan, üçüncü yerə isə Ukraynadan olan gözəl çıxıb.