İkinci dəfə nişan qaytardılar

İkinci dəfə nişan qaytardılar
2845 dəfə oxunub
  • A-
  • A
  • A+
“Karton ev” serialının ulduzları Robin Raytla Ben Foster ikinci dəfə nişanlarını pozublar.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hələ 2013-cü ildə evlənəcəklərini elan edən cütlük ötən ilin noyabrında ayrılmışdı. Bu ilin yanvarında yenidən barışan Robinlə Ben münasibətlərini uzun müddət davam etdirə bilməyiblər. Tanınmışların nişanlarını pozmasının səbəbi bilinmir.

Xatırladaq ki, Robin Rayt daha əvvəl 2 dəfə - aktyor Deyn Uizerspun və Şon Pennlə ailəli olub. Ben Foster isə heç vaxt ailə qurmayıb.