Tatlısəsdən oğluna xəbərdarlıq

Tatlısəsdən oğluna xəbərdarlıq
8495 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İbrahim Tatlısəs oğlu İdoya bədənindəki döymələr səbəbindən xəbərdarlıq edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı döyməyə olan sevgisi ilə tanınan və tatularının sayı 35-ə çatan oğluna bundan sonra bu vərdişindən əl çəkməyi tapşırıb. İdo isə bundan maraqlı çıxış yolu tapıb.

O, İnstaqram səhifəsində yazıb:

“Atama söz verdim, amma döymə etdirmədən dayana bilmirəm. Belə bir çarə tapdım: artıq köhnələrin üstündən etdirirəm”.

Qeyd edək ki, İdo bu yaxınlarda etdirdiyi “Türk” döyməsi ilə gündəmə çevrilmişdi.