Məşhur model Hitlerə olan sevgisinə görə şoudan qovuldu

Məşhur model Hitlerə olan sevgisinə görə şoudan qovuldu
4325 dəfə oxunub
  • A-
  • A
  • A+
Qlamur model Tila Tekila “Celebrity Big Brother” şousundan qovulub.

Axşam.az-ın “İndependent”ə istinadən məlumatına görə, modelin məşhurların iştirak etdiyi yarışmadan uzaqlaşdırılmasına səbəb sosial şəbəkədə Adolf Hitlerə olan sevgisini elan etməsi olub.

“Channel 5” açıqlamasında bildirib ki, 33 yaşlı Tila “kütləvi nasizmi təbliğ etdiyi üçün” yarışmadan qovulub. Deyilib ki, sosial şəbəkə istifadəçiləri tərəfindən kanala daxil olan xeyli şikayətdən sonra rəhbərlik modellə müzakirə aparıb və bu qərarı verib.

Qeyd edək ki, nasistlərin simvollarını paylaşan Tila Hitlerin mübarizəsinə haqq qazandıran statuslar paylaşıb.