Xalqın sevimlisi, xəyanət, müəmmalı ölüm... - Şahzadə Diana

Xalqın sevimlisi, xəyanət, müəmmalı ölüm... - Şahzadə Diana
3645 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Şahzadə Diananın ölüm günüdür.

Axşam.az xəbər verir ki, Uels şahzadəsi Çarlz və Diananın nişanı 1981-ci ildə baş tutub. Xanım Diananın seçdiyi nişan üzüyü onun anasının nişan üzüyünə oxşar olub, 18 karat ağ qızılda 12 karat oval formalı mavi Seylon safiri ilə əhatələnmiş 14 tək brilyantdan ibarət idi.

Lakin bu üzük sonralar 2010-cu ildə Diananın gəlini Ketrin Midltonun da nişan üzüyü olub. Diana 1981-ci ildə Böyük Britaniya taxt-tacının varisi Şahzadə Çarlzla ailə qurur. Onların toy mərasimi 29 iyul 1981-ci ildə Müqəddəs Paul Kilsəsində baş tutur və 750 milyon insan bu mərasimi televiziya vasitəsilə izləyə bilir. 1980-ci illərin ortalarında vəliəhd ailəsində problemlər başlayır. Çarlz keçmiş tanışı Kamillanı unuda bilmir, Diana isə bunu qəbul etmir. 21 iyul 1982-ci ildə Şahzadə Uilyam (Uels Şahzadəsi Uilyam) dünyaya gəlir. Lakin Şahzadə Diananın doğumdan sonra da evliliyi qaydasında deyildi. 1983-cü ildə isə Şahzadə Harri dünyaya gəlir. Şahzadə Çarlz isə hələ də Kamilla Parker-Boulza aşiq idi. Sonralar Diana "o gün evliliyim öldü" demişdi.

1992-ci ildən onlar ayrı evlərdə yaşamağa başladılar. Çarlz açıq şəkildə Kamilla ilə görüşməyə başlamışdı. Diananın da boşanmamışdan əvvəl bir neçə sevgilisi var idi: reqbi oyunçusu Uil Karlinq və əsgər Ceyms Hevit...

Boşanma 28 avqust 1996-cı ildə başa çatdı və onlar rəsmi olaraq ayrıldılar. Diana özünün Zati-aliləri adını itirdi və əvəzində sadəcə Uels şahzadəsi Diana olaraq qaldı.

Diana öz evinin sahibi Məhəmməd əl-Fayedin oğlu Dodi Fayedlə görüşməyə başladı. Diana Fransanın cənubunda olan Fayedin ailəsinə qoşulmaq barədə onun dəvətini qəbul etdi. Məhəmməd əl-Fayed Diananın oğlanları ilə istirahət etdiyi 60 metr uzunluğunda Conikal adlı bir milyon funt sterlinqdən çox dəyəri olan yaxta almışdı.

31 avqust 1997-ci ildə səhər saatlarında Diana Parisdə Pont de l'Alma tunelində yol qəzasında ölümcül yaralanır. Qəza onun yol yoldaşı Dodi Fayed və sürücü Henri Paulun (Məhəmməd əl-Fayedin sürücüsü idi) ölümünə səbəb olur. Saat 4-də Şahzadə Diana dünyasını dəyişdi. Təkcə Diananın mühafizəçisi Trevor Riz-Cons sağ qaldı. Fransa məhkəməsinin ilkin tədqiqatları qəzanın Henri Paulun içkili olması və idarəetməni itirməsi səbəbindən baş verdiyi məlumatı ilə nəticələnir.

1998-ci ilin fevralında Ritz otelinin sahibi Məhəmməd əl-Fayed Gizli Xəbəralma Servisi olan Mİ6-nı, eləcə də Edinburq hersoqunu ittiham edərək ictimaiyyətə təsdiq edir ki, qəza planlaşdırılıb. Dodi Fayedin keçmiş nümayəndəsi Maykl Kol isə təsdiqləmişdi ki, Diana və Fayed cütlüyü qəzadan əvvəl nişanlanıb.

Diananın dəfn mərasimi sentyabrın 6-da Vestminster abbatlığında baş tutub. Əvvəlki gün II Elizabet canlı televiziya verilişində ona öz hörmətini bildirdi. Yas mərasimində Uels şahzadəsi, Edinburq hersoqu və Diananın qardaşı Çarlz Spenserlə yanaşı oğlanları da tabutun arxasınca gedirdilər. Lord Spenser bacısı haqqında demişdi:
 
"O, son illərdə sübut etdi ki, özünün sehrli şəxsi keyfiyyətini yaratmağa davam etməsi üçün kral tituluna ehtiyacı yoxdur".

Elton Conun Dianaya həsr etdiyi "Candle in the Wind" (və ya "Goodbye England's Rose") ifası dünyada məşhur oldu.

Diananın dəfn mərasimini 2,5 milyard insan izləyib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Şahzadə Diananın vəfatı münasibəti ilə Böyük Britaniya kral ailəsinə başsağlığı göndərmişdi.