Dünyanı qorxudan şəxs öldü - fotolar

Dünyanı qorxudan şəxs öldü - fotolar
4308 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Ues Kraven (Wes Craven) dünyasını dəyişib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Elm küçəsində kabus", "Qışqırıq", "Təpələrin də gözü var" və sair qorxulu filmləri ilə tanınan 76 yaşlı rejissor Los-Ancelesdə evində vəfat edib. O, bir müddətdir beyin xərçəngindən əziyyət çəkirmiş.
 
Karyerasına "Soldakı son ev" (The Last House on the Left) filmiylə başlayan Kraven beynəlxalq şöhrəti 1984-cü ildə yayımlanan "Elm küçəsində kabus" (A Nightmare on Elm Street) filmi ilə əldə edir.

Unudulmaz obrazlardan olan "Freddi Kruger"i film dünyasına qazandıran film ardıyca çəkilən 8 film, seriallar, romanlar, komikslərlə bir silsiləyə dönmüşdü.

1996-cı ildə yayımlanan "Qışqırıq" ("Scream") filmi də Kravenindir.