Kirayə pulu verməmək üçün qatarda yaşayır- fotolar

Kirayə pulu verməmək üçün qatarda yaşayır- fotolar
5530 dəfə oxunub
  • A-
  • A
  • A+

Almaniyada 23 yaşlı tələbə qız qaldığı mənzildən çıxdıqdan sonra kirayə haqqı verməmək üçün qatarda yaşamağa başlayıb.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Leoni Miller hər şeyin ev sahibəsi ilə dalaşmasından sona başladığını deyib:

"Dərhal qərar verdim ki, mən artıq burada yaşaya bilmərəm".

Bundan sonra o bir ay ərzində qatarla bütün istiqamətlərə hərəkət edə bilmək üçün bilet alıb. Qız qarderobunu, noutbukunu və dəsrliklərini qatara daşıyıb. Artıq bir müddətdir qatarda yaşayan Leoni saçlarını vaqonun sanitar qovşağında yuyur.

Tyubingendə təhsil alan L.Miller tez-tez qatarla Köln şəhərində yaşayan sevgilisini də ziyarət edir. Oraya gedərkən onun ailəsi və ya dostlarının yanında qalır:

"Mən insanları normal hesab etdikləri vərdişlərindən uzaqlaşmağa ruhlandırıram".