Bred Pitt oğlu ilə moto-yarışları izlədi - fotolar

Bred Pitt oğlu ilə moto-yarışları izlədi - fotolar
1606 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Bred Pitt oğlu Noksla birlikdə “MotoGP British Grand Prix Race” yarışlarına qatılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, moto-yarışları izləyən aktyor daha sonra oğlunun rahatlığı üçün ona qulaqcıqlar taxdırıb. Böyük Britaniyada baş tutan moto-yürüşdə iştirak edən idmançılar və izləyicilər Hollivud ulduzu ilə bol-bol selfi çəkdiriblər.

Bred Pitt onların istəyini yerə salmayaraq, yarışçılarla hətta söhbət də aparıb.

Qeyd edək ki, bir qədər əvvəl KİV-də Bredlə Ancelina Colinin Londonda yaşamaq qərarına gəldikləri barədə məlumatlar yayılmışdı. Cütlüyün oradan ev aldıqları da deyilir.