"Bakı Oskarı qısametrajlı filmlər" festivalı yekunlaşdı

"Bakı Oskarı qısametrajlı filmlər" festivalı yekunlaşdı
607 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan kinematoqrafiyasına dəstək məqsədilə təşkil edilən "Bakı Oskarı qısametrajlı filmlər" festivalı başa çatıb.

Axşam.az "report"a istinadən xəbər verir ki, festival qaliblərin mükafatlandırılması ilə başa çatıb. Festivalın müsabiqə proqramına ümumilikdə 29 film daxil edilib.

"Ən yaxşı film" nominasiyasında gənc rejissor Elvin Abdullayevin "Məriz" və Rəşad Qarayevin "Yetim" filmi qalib olub.

Xəyal Salahov "Ən yaxşı aktyor", Zarina Qurbanova və Sevinc Tofiqqızı "Ən yaxşı aktrisa" , Soltan Abdullayev "Ən yaxşı operator" seçilib.

"Ən yaxşı film" musiqisi nominasiyasında bəstəkar Sevinc Tofiqqızı birinci yeri tutub.

Qeyd edək ki, layihənin əsas məqsədi gənc rejissorların işlərini dəyərləndirmək, gələcəkdə özünü bu sahədə sınamaq istəyən, istedadlı olduğuna inanan gənclərə dəstək olmaq, gələcək peşə fəaliyyətlərində onlara uğurlu bir başlanğıc üçün şərait yaratmaq və stimullaşdırmaqdan ibarətdir.