Qırmızı xalının ən pis geyinənləri - fotolar

Qırmızı xalının ən pis geyinənləri - fotolar
6629 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur “MTV Video Music Awards 2015” yarışması qalibləri və şouları ilə yanaşı, bir çox detalı ilə yadda qalıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, müsabiqənin ən yaxşı geyinən tanınmışları ilə yanaşı, “Qırmızı xalının ən pis geyinənləri” də bəlli olub. Müğənni Mayli Sayrus gecədə səhnəyə bir neçə libasda çıxdığı üçün onun geyimləri haqda ümumi fikrə gəlinməyib.

Mükafatlandırma mərasiminin ən pis geyinənlərinin siyahısı isə belədir:

Müğənni Kelli Osborn. Qara cizgili tulumu sənətçinin ayaqlarını heç də yaxşı göstərməyib.  



Supermodel Krissi Teyqen. "Marchesa"dan olan libası modelə yaraşmayıb.



Porno-ulduz Kim Kardaşyan. Hamilə olan Kim renessans və safari geyim tərzlərinin qarışığından hazırlanmış libası ilə gecənin "ən pis geyinən"lərindən olub.



Müğənni Siara. "Alexandre Vauthier"dən libas geyinən ulduzun paltarı bəyənilməsə də, ayaqqabıları düzgün seçim kimi qiymətləndirilib.



Aktrisa Ket Qrem. "Versace"dən olan libası ulduzu sirk artistlərinə bənzədib.



Aktrisa-müğənni Ember Rouz. Sənətçi yazılı libası ilə hansısa ismarış göndərməyə çalışsa da, bu, onda elə də uğurlu alınmayıb.



Aktrisa-müğənni Ariana Qrande özü mərasimə qatıla bilməsə də, qardaşı Frenk Cey Qrande onu əvəz edib. Görünür, sənətçinin qardaşı diqqət mərkəzində olmaq üçün əlindən gələni edib.