"Mən danışsam, küçəyə çıxa bilməz"

"Mən danışsam, küçəyə çıxa bilməz"
6221 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Demet Akalın qonağı olduğu “2.Sayfa” verilişində rəqibi Hande Yenərə ismarış göndərib.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, Demet son vaxtlar haqqında yayılan dedi-qodulardan əsəbləşdiyini deyib:

“Bodrumdakı konsertlərimə turizm şirkətlərinin vasitəsilə tamaşaçı topladığımı deyir. Bu metod Kiprdə də var. Bu qədər cahil açıqlama ola bilərmi? Savaş aparmaq istəyirsənsə, bunu ədalətlə et. Lənətə gələsən, hər şey sənin olsun!”.

Akalın Yenerə hədələyici mesaj da yollayıb:

“Çıxardığım albomlarımı “əri alır” deyə lağa qoyurmuş. Pul qazana bilmirəmsə, 5 ulduzlu həyatı necə yaşayıram? Əvvəl bunlara gülüb keçirdim, amma indi əsəblərimə toxunur. Mən iki ildir heç nə söyləmirəm. Danışsam küçəyə çıxa bilməz. Bu qadın sussun daha, rica edirəm!”.