Avtobus marşurutlarının dəyişdirilməsi təxirə salındı

Avtobus marşurutlarının dəyişdirilməsi təxirə salındı
2015 dəfə oxunub
  • A-
  • A
  • A+
1 saylı marşrut avtobusunun fəaliyyətə başlama vaxtı texniki səbəblərdən 1 həftə müddətinə uzadılır.

Axşam.az “report”a istinadən xəbər verir ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) daxil olan məlumata görə, bu haqda “Baku Bus” MMC-dən bildirilib.

Belə ki, 1 saylı marşrut avtobusu sabahkı tarixdən deyil, təqribən 6-7 gün sonra fəaliyyətə başlayacaq. Bu səbəbdən hələlik digər (11, 8, 136, 184) marşrut xətlərində dəyişikliklər də 1 saylı marşrut avtobusu fəaliyyətə başladığı gündən tətbiq olunacaq.

Qeyd edək ki, bu müddətin uzadılması ləğv olunan 100 və 132 saylı marşrut avtobuslarına aid deyil.