Etirazla qarşılanan Peyğəmbər haqda film nümayiş olundu - video

Etirazla qarşılanan Peyğəmbər haqda film nümayiş olundu - video
2853 dəfə oxunub
  • A-
  • A
  • A+
“Məhəmməd Peyğəmbər” haqqında İranda 7 ildən bəri çəkilən film nəhayət ekranlara çıxıb. Filmin necə qarşılanacağı ilə bağlı fikirlər bu vaxta qədər birmənalı deyildi. Hətta bəzən etirazarla qarşılaşmışdı.

Axşam.az-ın "ANS TV"yə istinadən məlumatına görə, İran İslam Respublikasının istehsalı olan “Məhəmməd Peyğəmbər” filminin nümayişi İranla yanaşı Kanada və bir sıra xarici ölkələrdə də başlayıb. “Məhəmməd Peyğəmbər” filmin nümayişi islam dünyasında böyük səs-küyə səbəb olacağı iddia edilir.

Çəkilişləri 7 ildir davam edən “Məhəmməd Peyğəmbər” filminin nümayişi iki gündür başlayıb. Film İslam peyğəmbərinin dünyaya gəlməsindən əvvəl mövcud olan cəhalət və zülmü, ardınca isə Həzrət Məhəmməd Peyğəmbərin (s.ə.s) dünyaya gəlməsi, uşaqlığı və həyatının 13 yaşına qədərki, dövrünü işıqlandırır.

“Biz çalışmışıq ki, islamı olduğu kimi göstərək. İslam dini məhəbət, sevgi və sülh dinidir. Bu gün əksinə elə təəssürat yaranıb ki, islamda ancaq zoraklıq var”, – deyə aktyor Mehdi Pakdel bildirib. Filmdə peyğəmbərin üzü təsvir olunmur. Bununla da bir neçə vaxtdır davam edən narazılıqlara qismən son qoyulub. Rejissor Məcid Məcidinin Həzrəti Məhəmmədin (s.ə.s) surətini filmdə nümayiş etdirəcəyi xəbəri bir sıra din xadimlərinin etirazına səbəb olmuşdu. Bəzi xarici informasiya vasitələri filmin regionda şiə-sünni gərginliyini daha da artırmasına səbəb olacağını yazmışdı.

Hərçənd ki, rejissor Məcid Məcidi qeyd edib ki, filmin ərsəyə gəlməsində şiə və sünni din alimlərinin böyük rolu olub və onlar Peyğəmbərin həyatı və fəaliyyəti haqqında dəyərli məlumatlar veriblər. Filmin rejissoru Məcid Məcidi qeyd edib ki, onun üçün ən həyəcanlı məqam odur ki, 7 illik cəhddən sonra insanların islamı yaxşı tanımasına səbəb olacaq.

Təxminən üç saatlıq film İranın müxtəlif şəhərlərində 150 kino salonunda nümayişə çıxarılıb.

İranın kino tarixində ən bahalı film sayılan ekran işinə 30 milyon dollar vəsait sərf edilib ki, bu məbləğin yarısı dizayn və tərtibata sərf olunub.