Türkiyəli məşhurlar Bakıya gələcək

Türkiyəli məşhurlar Bakıya gələcək
2065 dəfə oxunub
  • A-
  • A
  • A+
Yeni təqdim olunan “Eski sevgilini unutmanın 10 yolu” adlı filmin yaradıcı heyəti Azərbaycana gələcək.

Bu haqda Axşam.az-a filmdə rol alan türkiyəli aktrisa və “Best Model” Tuğçe Sarıkaya məlumat verib:

“Rejissorluğunu Biray Dalkıranın etdiyi ekran işi bir müddətdir Azərbaycanda da nümayiş olunur. Oradakı izləyicilərdən gözəl şərhlər alırıq. Buna görə də yaradıcı heyət yaxın günlərdə Bakıya gələcək”.

Bu günə kimi Bakıda olmadığını deyən Tuğçe yerli məşhurlardan da bəhs edib:

“bakıda heç olmadım. Amma orada dostlarım var. Onlardan eşitdiyim qədəriylə gözəl yerdi. Mütləq Bakıya gələcəm. Rejissorumuz bir müddət Bakıda yaşayıb. O da həmişə gözəl xatirələrini bizimlə bölüşür. Azərbaycandan Aygün Kazımovanı tanıyıram və onun səsini bəyənirəm”.

Qeyd edək ki, filmdə Asuman Dabak, Atılqan Gümüş, Orçun Kaptan, Sərhat Özcan, Zeynəb Dizdar və başqaları da rol alıb. Film Nizami Kino Mərkəzində nümayiş olunur.