Putin bu dəfə boks çempionu ilə sevgilidir - foto

Putin bu dəfə boks çempionu ilə sevgilidir - foto
12229 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiya prezidenti Vladimir Putinin adı gimnast Alina Kabayevadan sonra bu dəfə 39 yaşlı keçmiş boks çempionu Natalya Raqosina ilə hallanır.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putinlə Natalyanın sevgili olduğu deyilir. İddialar ötən həftə Soçidə beynəlxalq sambo turnirində prezidentin qadın boksçu ilə birlikdə görülməsindən sonra irəli sürülüb.

Turnir zamanı çəkilərək yayılan fotoda Natalya yanında oturduğu Putinə baxaraq gülümsəyir.

Qeyd edək ki, Natalya Raqosina 2009-cu ildə təqaüdə çıxmazdan əvvəl boks yarışlarında bütün ünvanları qazanmış və dünyanın ən yaxşı boksçusu statusunu qazanmışdı.

Xatırladaq ki, Vladimir Putin 31 illik həyat yoldaşı Lyudmiladan ötən il boşanıb.