"Maşa və Ayı" daha çəkilməyəcək: sonuncu seriyanın videosu

"Maşa və Ayı" daha çəkilməyəcək: sonuncu seriyanın videosu
5812 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur “Maşa və Ayı” cizgi filminin sonuncu – 52 –ci seriyası “Youtube” kanalına yerləşdirilib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, cizgi filminin istehsal şirkəti olan “Animakkord” “Maşa və Ayı”nın davamının çəkilməyəcəyini bildirib. Prodüser şirkətindən yaradıcı heyətin hələlik digər iki mühüm yeni layihə üzərində işlədiyini, bu səbəbdən məşhur cizgi filminin çəkilişlərinin dayandırıldığını açıqlayıblar.

“Yeni görüşlərədək” başlığı ilə yayımlanan sonuncu seriyada Maşa əşyalarını toplayır, Ayı ilə vidalaşaraq bacısı Daşanın yanına yollanır.

Qeyd edək ki, “Maşa və Ayı” 2009-cu ildən yayımlanır.