"Qadın kişinin tələblərini yerinə yetirməyə borcludur"

"Qadın kişinin tələblərini yerinə yetirməyə borcludur"
2033 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elxan Şirinov ailədən bəhs edib.

Axşam.az-ın məlumatına görə, ifaçı “Yeri gəlmişkən” verilişində gənc ailələrə məsləhət verərək, xanımı ilə münasibətindən söz açıb:

“İnsanın istəklərini azaltmaq, onun planlarına yersiz müdaxilə etmək doğru deyil. Kişi xanıma bəzən qarışmalıdır, amma qədərində. Hər bir kişi öz xanımını düzgün seçməli, tanımalıdır. Ailə qurduqdan sonra qarşılıqlı istəklər, planlar qurulmalıdır. Ailə bir qaladır. Onu qurdunsa, qorumalısan. Evlənmədən əvvəl makiyaj, geyim haqqında müzakirələr olmalıdır ki, toydan sonra "ay ətək qısadır, uzundur, makiyaj çoxdur" kimi problemlər yaşanmasın. Ailə qurduqdan sonra kişi düşünməməlidir ki, xanıma bu qadağanı qoyum. Yaşayış tərzimə düz gəlməyən hər şeyə qadağa qoymaq haqqımdır. Qadın isə kişinin tələblərini yerinə yetirməyə borcludur”.