Əmrahdan gözlənilməz addım

Əmrahdan gözlənilməz addım
6022 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Əmrah Bodrumdakı bağ evini suriyalı mühacirlərə verdikdən sonra daha bir yaxşılıq edib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, mahnılarını səs yarışmalarında icazəsiz istifadə edən TV8 telekanalına məhkəmə açaraq onlardan cərimə ödəmələrini tələb etmişdi.

Sənətçi Acun İlicalının rəhbər olduğu şirkətin nümayəndələri ilə görüşərək razılaşma əldə edib. Əmrah "Cərimə pulunu mənə ödəməyin, həmyerlim olan Mutlu Kayanın hesabına yatırın. Çekləri də mənə göndərin" deyib.

Qeyd edək ki, M.Kaya səs yarışmasında iştirak etdiyi üçün sevgilisi tərəfindən başından güllə ilə vurulmuşdu. Hazırda müalicə alan gənc qızın ortaya çıxmasında müğənni Sibel Canın rolu olub.