"Fəlakət"dən əməliyyat olunması ilə bağlı açıqlama

"Fəlakət"dən əməliyyat olunması ilə bağlı  açıqlama
7839 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bozbash pictures”in aktyoru, Fəlakət obrazını canlandıran Elşən Orucov səhhətindən danışıb.

Axşam.az-a açıqlama verən aktyor appendisitdən əməliyyat olunduğunu bildirib:

“İsmayıllıda çəkilişdə idik. Qəfildən ağrı tutdu. Xəstəxanaya aparılıb, müayinə olundum. Sonra təcili tibbi yardım avtomobili ilə Bakıya gətirildim. Appendisitdən əməliyyat olundum. Hazırda vəziyyətim yaxşıdır. Özümü yaxşı hiss edirəm. Xəstəxanadan nə vaxt çıxacağımı həkimlər hələ deməyib”.

Qeyd edək ki, E.Orucovun səhhəti “Axırıncı yol” filminin çəkilişi zamanı pisləşib.