İzzət Bağırzadə ilk dəfə xanımından danışdı

İzzət Bağırzadə ilk dəfə xanımından danışdı
11766 dəfə oxunub
  • A-
  • A
  • A+
“Xanımım mənim xasiyyətimə bələddir. Nəyi sevib, sevmədiyimi bilir. Ona görə də bizim aramızda münaqişələr olmur”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni İzzət Bağırzadə deyib. O, xanımına qoyduğu qadağalardan danışıb:

“Mənim kitabımda ailəli xanımın rəfiqəsi ilə gəzintiyə getməsi yoxdur. Əylənmək istəyən qadın ailəsi ilə gəzməyə gedər. Əgər qadın kişinin sözünü eşitməyib, ona tabe olmursa, boşanmaya gəlib çıxacaq. Kişi də xanıma sözünü münaqişə yaratmadan, kobudluq etmədən, yumruq atmadan deməlidir. Ərlə arvad arasında hörmət olmalıdır. Qadın başa düşməlidir ki, rəfiqə ilə əylənmək iki-üç saat çəkir. Həyat yoldaşı isə bir ömür boyu onun yanındadır. Qadınların çox makiyaj etməsini də xoşlamıram. Əgər bu libası bəyənmirəmsə, xanımım geyinməsin. Bizim ailədə indi nə müdaxilə, nə də qadağa yoxdur. Çünki əvvəlcədən hər şeyi danışıb, müzakirə etmişik. İlk gündən şərtimizi kəsmişik, bu da qəbrə qədər davam edəcək. Elə addım atır ki, mən ona irad bildirməyə səbəb tapmıram”.

Qeyd edək ki, İ.Bağırzadənin üç oğlu var.