Sevgililər günündə toy etdilər, 6 ay sonra boşandılar - fotolar

Sevgililər günündə toy etdilər, 6 ay sonra boşandılar - fotolar
5143 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 14-ü Sevgililər günündə ailə quran iş adamı Serdar Bilgili və aparıcı Nazlı Çelik boşanıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Madriddə toy edən cütlük iki ay əvvəl evlərini ayırmışdı. 6 ay evli qalan Bilgili və Çelik boşanmanın ardından bir birindən heç nə tələb etməyəcəklər.

N.Çelik rəsmi boşanmadan sonra jurnalistlərə "dostcasına ayrıldıq" deyib.

Qeyd edək ki, onlar 3 ay sevgili olub ildırım sürəti ilə ailə qurmuşdular. Daha öncə iki dəfə evlənən və evlilikdən qorxduğu deyilən Bilgili 50 yaşında onu ikinci dəfə ata edən fransız model Amelia Latournaldla da nikah masasına oturmamışdı.