"Öhdəsindən gələcəyimə əminəm" - İlhamə Qasımova

"Öhdəsindən gələcəyimə əminəm" -  İlhamə Qasımova
1759 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bu mənim ilk film təcrübəmdir. Aktrisalıq bacarığım var. Almaniyada klipim çəkiləndə özəl müəllimdən dərs almışam”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni İlhamə Qasımova deyib. Rəfiqəsi, rəqqasə Oksana Rəsulova ilə birlikdə filmə çəkilməyə hazırlaşan sənətçi bundan sonra özünü tez-tez aktrisa kimi göstərəcəyini bildirib:

“Klip efirə 5-6 dəqiqə gedir. Amma orada 1 saatlıq material lentə alınır. Aktrisalığın öhdəsindən gələcəyimə əminəm. Tək problemim utanmağımdır. Tanımadığım insanların yanında rahat obraza girirəm. Amma tanıdıqlarım olanda çəkinirəm. Alamaniyada asan oldu, çünki tanımadığım insanlar idi. Heç kim inanmırdı ki, ilk dəfədir çəkilirəm. Deyirdilər ki, "Sən peşəkar aktrisasan". Hər zaman filmdə çəkilməyi istəmişəm, amma can atmamışam. İnanıram ki, bundan sonra davamlı olacaq. İndi rejissorlarda hərəkətlilik var. Peşəkarlaşıblar, işin öhdəsindən gəlirlər. Çünki vaxt itirmək artıq pul xərcləməkdir. Filmlərdə tanınmış simaların olması əsasdır. Mən özüm də hansısa ekran işinə baxmaq istəyirəmsə, ilk növbədə aktyorlarla maraqlanıram. Tanınmış sima olanda diqqətimi çəkir”.