Azərbaycanda muzey direktoruna qarşı ittihamlar

Azərbaycanda muzey direktoruna qarşı ittihamlar
2032 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Xalça Muzeyində qarşıdurma olub.

Axşam.az xəbər verir ki, bu haqda “Yeni Müsavat”a muzeyin direktor müavini Asya Şirəliyeva məlumat verib.

Muzeyin direktoru Röya Tağıyevaya qarşı bir sıra ittihamlar səsləndirən A. Şirəliyeva onu korrupsiyada ittiham edib. “Bu gün Xalça Muzeyində pas atmış cinayət əməlləri məcrasından çıxıb, artıq aşıb-daşır. Uzun illərdir ki, komissiya Röya Tağıyevanın şəxsi mənafeyinə xidmət edir” deyən müavin xalçalar üçün sertifikat alanların demək olar ki, 90 faizinə qaimə sənədi verilmədiyini qeyd edib:

“Əksər hallarda Ekspert Komissiyasından üzvlərinə “xidmət pulsuzdur” deyib aldadırlar. Günün hər vaxtında, həftənin hər bir günündə, hətta bayramlarda belə sertifikat almaq mümkündür. Yetər ki, əlin cibində olsun. Röya Tağıyeva vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövləti aldadıb, külli miqdarda sərmayə toplama “qanunu”dur. Dediklərimizi təsdiq etmək üçün Hesablama Palatasının nəticələrinə göz atmaq yetərlidir. İllərdən bəri sertifikat yazılmayan sənət nümunələri var. Kitab yazmaq adı ilə də xeyli pul mənimsənilib”.

A.Şirəliyeva deyib ki, muzeyin inventarları illərdir ki, köhnəlmiş adı ilə silinir:

“Röya Tağıyeva qızlarının 20-25 illik mebellərini muzeyə məxsus kitabxanada yerləşdirdi. Özünün şəxsi əmlakı olan İran istehsalı olan böyük masa və kətilləri, divan və kresloları, muzeyin fondunda yerləşdirilən yataq dəstini yeni alınmış adı ilə muzey inventarlarına çevirdi. Təbii ki, buna görə büdcədən muzeyə ayrılan külli miqdarda pul mənimsənildi, dövlətə böyük maddi ziyan vuruldu.

Bundan başqa muzey üçün alınmış bütün kompüterlər uzun illər qızlarının və özünün mənzilində olur, yararsız hala düşdükdən sonra muzeyə gətirilir və muzeyə alınmış yeniləri ilə dəyişdirilir. Xalça Muzeyində zərərli iş şəraitində çalışan əməkdaşlar yararsız kompüterlərin sayəsində əmək funksiyalarını yerinə yetirməkdə əzab çəkir. Hazırda da belə vəziyyətdir. Əməkdaşlar çıxış yolunu şəxsi avadanlıqlarını işə gətirməkdə görürlər”.

Müavin məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edildiyini və araşdırma aparıldığını bildirib.