Natavanın keçmiş prodüserinin evi qarət olundu

Natavanın keçmiş prodüserinin evi qarət olundu
1724 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın tanınmış prodüserinin evindən oğurluq edilib.

Axşam.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 17-də Roland Bayramovun evindən 8500 manat pul və 2000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
 
İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Masazır qəsəbə sakini Aysel Abdullayeva tutulub.
 
Qeyd edək ki, R.Bayramov müğənnilər Emil Bədəlov, Natavan Həbinin prodüseri olub.